Bakıdan Afinanın bəyanatına cavab verildi

Bakıdan Afinanın bəyanatına cavab verildi backend

Yunanıstan nümayəndələrinin Azərbaycan qazının Avropaya satışı üçün nəzərdə tutulmuş Transadriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılması ilə bağlı ayrı-ayrı bəyanatları nəzakətsizdir. Bunu Trend-ə energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, Yunanıstan tərəfinin fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasında yüksək səviyyədə iştirak etməsi və əvvəlki bütün sazişləri dəstəkləmələri, onlara sadiq qalmaları barədə bəyanatları kifayət edir.

Nazir qeyd edib ki, TAP Avropa layihəsidir: "Fikrimcə, Avropa, Aİ yarana biləcək məsələlərə müvafiq təsir göstərməlidirlər".

N.Əliyev əlavə edib ki, kimlərinsə ayrı-ayrı bəyanatlarının heç bir əhəmiyyəti yoxdur, çünki bizim beynəlxalq tanınmış sənədlərimiz var: "TAP Yunanıstan hökuməti ilə artıq çoxdan müvafiq saziş bağlamış konsorsiumdur. Yunanıstan hökuməti isə öz növbəsində, Albaniya və İtaliya ilə bənzər sazişlər imzalayıb".

Onun sözlərinə görə, TAP layihəsi digər layihələr kimi inkişaf edir: "Azərbaycanda işlər sürətlə gedir, biz bütün qrafik və proqramları qabaqlayırıq - həm "Şahdəniz" üzrə quyuların qazılması, platformaların inşası, boruların tədarükü və sair, həm də "Cənubi Qafqaz qaz kəməri"nin genişləndirilməsi layihəsi üzrə".
Diaspora