Rusiyalı Komitə sədrindən ETİRAF: “Ermənistana 1 milyard dollarlıq silah-sursat verilib”

Rusiyalı Komitə sədrindən ETİRAF: “Ermənistana 1 milyard dollarlıq silah-sursat verilib” backend

“İzvestiya” qəzeti Rusiyanın Azərbaycana və Ermənistan ötürdüyü silahlarla bağlı analitik məqalə yazıb.

Modern.az qəzetə istinadən xəbər verir ki, məqalədə son vaxtlar barəsində çox danışılmış silah müqavilələri ilə yanaşı, 90-cı illərdə Moskvanın Yerevana verdiyi silahlar barəsində də məlumatlar var.

“1992-ci ildə SSRİ-nin hərbi texnikası üzv ölkələr arasında bölüşdürüldükdən sonra da Ermənistan Moskvadan yeni silahlar alıb. Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Lev Roxlin 1997-ci ilin aprelində parlamentdə açıqladığı siyahıya əsasən, Ermənistana 1 milyard dollar dəyərində silah-sursat verilib”.

Qeyd olunur ki, həmin silahlar arasında 80 T-72 tankı, PDM-lar, 120-yə qədər reaktiv yaylım atəşi sistemi və 10 min avtomat yer alıb.
Diaspora