Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bugünkü iclasında gözlənilməz təşəbbüslər çıxış edib.
O, ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda xarici işlər naziri Elmar Məmmədyarovu istefa verməyə çağırıb.Deputat deyib ki, E.Məmmədyarov öz işini layiqincə görmür, Dağlıq Qarabağ danışıqlarında nəticə əldə edilmir.
Parlamentin sədri Oqtay Əsədov isə F.Ağamalının çağırışına cavab olaraq ironiya ilə sual verib: “Ana Vətən Partiyasının sədri niyə xarici işlər nazirindən yapışır? Prezidentliyə namizəd də, siz də xarici işlər nazirinin fəaliyyətini müzakirə edirsiniz”.