ABŞ və Rus əsgərləri arasınadakı TOQQUŞMADAN SON ANDA QAÇILDI

ABŞ və Rus əsgərləri arasınadakı TOQQUŞMADAN SON ANDA QAÇILDI backend

ABŞ-ın müdafiə naziri Mattisin açıqladığına görə, Rusiya qüvvələri Suriyanın qərbində ABŞ qoşunları ilə burun buruna gəlib.

Toqquşmanın son anda kandarından dönən hadisədə tərəflər arasındakı telefon danışığı nəticəsində böhran həll edilib.

ABŞ və Rusiyanın Suriyada toqquşmanın kandarından döndüyü ortaya çıxıb. Bu məlumat bilavasitə ABŞ müdafiə naziri Mattis tərəfindən açıqlanıb. Mattisin açıqladığına görə, Suriyadakı Rus qüvvələri ölkənin qərbində ABŞ qoşunları və yerli ünsürlərlə münaqişənin kandarından qayıdıb. Baş verən böhran, tərəflər arasındakı telefon danışığı ilə son anda çözülüb. Həftənin əvvəlində yaşanan böhranın təfərrüatlarını ABŞ-ın müdafiə naziri Cim Mattis, nazirliyin mətbuat ofisini ziyarəti zamanı danışıb.


İKİ TƏRƏF DƏ BİR AZ GERİ ÇƏKİLMƏKLƏ BÖHRAN AŞILMIŞ!

“Amerikanın Səsi”ndə yer alan xəbərə görə, hadisə Fərat çayının şərqində Deyrizor bölgəsində cərəyan edib. Mattis, "Rus ünsürlər" olaraq bəhs etdiyi qüvvələrin mövqelərdən daha da irəliləmək üçün hərəkət etdiyini açıqlayıb.
ABŞ baş qərargahının rəisi Cozef Dunford və Rus baş qərargah rəisi Valeri Gerasimovun telefon danışığından sonra böhranın aradan qaldırıldığını deyən Mattis, "Rus ünsürlər geri çəkildi, biz də çox az çəkildik" - deyib.

Xatırladaq ki, Deyrizorda keçən ay da, Rus muzdlu əsgərləri və Suriya hökumət qüvvələri ABŞ və dəstəklədiyi qüvvələrlə toqquşmuşdu. ABŞ təcavüzə hava bombardmanı ilə cavab vermiş və Kremllə əlaqəli özəl şirkətin muzdlu əsgərləri, o cümlədən 300 hərbçi öldürülmüşdü. Mattis, Rus muzdlu əsgərlərinin niyə hücum etdiyi haqda suala, "Buna hələ də cavab verə bilmirəm, amma açığı bunun üçün çox ağır bir bədəl ödədilər" deyə, cavab verib.

Müxalifət.az
Diaspora