Rus kanalının bu görüntüləri yunanları özündən çıxardı - FOTO

Rus kanalının bu görüntüləri yunanları özündən çıxardı - FOTO backend

Rusiyanın dövlət televiziya şəbəkəsi sayılan RT (Russia Today) bu gün yunanları məyus edib.


Moderator.az xəbər verir ki, Moskva və Qərb ölkələri arasında baş verən böhranla bağlı "Rus diplomatlarını deportasiya etməyən" ölkələrin siyahısı efirə verilib. Televiziya xəbərində Kiprin yerinə Şimali Kipr bayrağı verilib. Xəbər canlı olaraq internetdə də yayımlanıb.

Kiprin qarşısında Şimali Kipr bayrağını görən Rum və Yunanlar Rus telekanalına yüzlərcə etiraz mesajı göndərib. Rus televiziyası, Şimali Kiprin bayrağına reaksiya göstərən Rum və Yunanıstanlılardan, üzr istəyib. Televiziya səhv etdiyini bildirib.

İngiltərədə fəaliyyət göstərən Rum və Yunan lobbisi "Tweeter"-də iddia ediblər ki, xəta qəsdən edilib.

"Kiminsə diqqət etməyəcəyini düşünüblər. Rus televiziyası bizim istedadımızla zarafat edir. Etdiklərindən utanmalıdırlar" ifadələrini istifadə ediblər.



Diaspora