ABŞ ilə Çin arasında ticarət savaşı: TÜRKİYƏNİN ULDUZU PARLAYACAQ!

ABŞ ilə Çin arasında ticarət savaşı: TÜRKİYƏNİN ULDUZU PARLAYACAQ! backend

Muxalifət.az xəbər verir ki, ABŞ-ın özünə ən böyük rəqib hesab elədiyi Çinə qarşı başladacağı ticarət müharibəsi Türkiyə üçün böyük bir fürsətə çevriləcək.

ABŞ-ın əvvəldən bəri əleyhinə olduğu və əngəlləmək üçün müxtəlif təxribatlar həyata keçirdiyi “İpək yolu” layihəsi bu müharibənin səbəblərindən biri olaraq göstərilir. Çünki ABŞ layihədən kənarda qalmaq və bütün nəzarəti Çinə vermək istəmir.
Lakin Amerikanın Çini zəiflətmək üçün başlatdığı bu müharibə, qlobal iqtisadi balansı dəyişdirəcək “Nəsil və yol” layihəsinin həyata keçirilməsi Türkiyə üçün böyük bir fürsət olacaq.

Türkiyə mərkəzdəki ölkə

65 ölkəni əhatə edən bu nəhəng layihənin mərkəzində Türkiyə yerləşir. Təkcə Çini deyil, bütün Asiya qitəsini inkişaf etdirəcək gücə sahib layihədə söhbət 1 trilyon dollarlıq investisiyadan gedir...

4 saatlıq uçuş, 52 ölkəyə səfər imkanı

“İpək yolu” layihəsinin mərkəzində olan Türkiyə, ticarət mərkəzinin qərbən şərqə doğru keçdiyi bu prosesdə 4 saatlıq uçuş məsafəsi və 52 ölkəyə səfər eləmək imkanları ilə iqtisadi cəhətdən daha da irəliləyəcək.
Hurriyyet.org
Diaspora