İsrailə sərt xəbərdarlıq: FƏLƏSTİNƏ MÜDAXİLƏ OLARSA..

İsrailə sərt xəbərdarlıq: FƏLƏSTİNƏ MÜDAXİLƏ OLARSA.. backend

İzzəddin el-Kassam Briqadaları, İsraili Fələstinə qarşı təcavüz etməməsi barədə xəbərdarlıq edərək, belə bir hərəkətə qarşılıq verməyə hazır olduqlarını və düşmənin bədəl ödəyəcəyini bildirib.

İzzəddin el-Kassam Briqadalarının sözçüsü Əbu Ubeydə, dünən keçirilən hərbi təlimdən sonra verdiyi açıqlamada, "Müqavimət, xalqımıza və torpaqlarımıza qarşı hər hansı bir sionist təcavüzü dəf etmək üçün hazırdır. Müqavimət, xalqımız və hüququ məsələsində zəiflik göstərməyəcək" deyib.

Əbu Ubeydə, İsraili Fələstinlilərə qarşı hər hansı bir təcavüz göstərməməsi barədə xəbərdar edib, bunun bədəlini ödəmək məcburiyyətində qalacaqlarını xatırladaraq, İzzəddin el-Kassam Briqadalarının Fələstin xalqına sadiq qalacağını qeyd edib.
İzzəddin el-Kassam Briqadalarının dünən keçirdiyi təlimin başa çatdığını deyən Əbu Ubeydə, bu təlimlərin sionist hücumlara qarşı nə dərəcədə hazır olduğunun dəyərləndirilməsi üçün keçirdiyini bildirib.

Əbu Ubeydə, dənizdən və havadan əraziyə girişləri dəfetmə və quru hərəkatlarına qarşı müdafiə kimi halların təlimlərinin keçirildiyini və bu sayədə Kəssam döyüşçülərinin yüksək səviyyədəki hazırlığı və güclü əlaqələndiricilərinin görüldüyünü ifadə edib. Kəssam Briqadalarının sözçüsü Əbu Ubeydə, yer üzündə Fələstin xalqının hüquqlarını əllərindən alacaq və ya istəmədiyi bir gələcəyi qeyd edəcək güc olmadığını deyib.

Müxalifət.az
Diaspora