NATO Rusiyaya qarşı hansı addımlar atacaq? - Stoltenberq açıqladı

NATO Rusiyaya qarşı hansı addımlar atacaq? - Stoltenberq açıqladı backend

"NATO Rusiyanın Brüsseldəki daimi nümayəndəliyinin yeddi işçisini geri göndərir".

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu addımlar Baş Kəşfiyyat İdarəsinin sabiq agenti Sergey Skripalın öldürülməsinə cavab olaraq atılıb: "NATO təşkilatdakı Rusiya missiyasını 30 nəfərdən 20 nəfərədək azaldıb və Rusiyanın Alyans yanındakı daimi nümayəndəliyində üç diplomata akkreditasiya verilməsinə baxılması prosesini dayandırıb".

Y.Stoltenberq əlavə edib ki, NATO üzvü olan 25 ölkə rusiyalı diplomatları ölkəsindən çıxaracaq.

Diaspora