İsrail ABŞ-dan 2018-ci ildə raketdən müdafiə proqramı üçün rekord həcmdə - 705 milyon dollar yardım alacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. Onun sözlərinə görə, İsrail bundan sonra da çoxsəviyyəli raketdən müdafiə sistemini inkişaf etdirməyə davam edəcək. O, ABŞ-ın indiyə qədər İsrail səmasının müdafiəsinə ümumilikdə 6,5 milyard dollar yatırım etdiyini bildirib.Qeyd edək ki, ABŞ İsrailə çoxsəviyyəli raketdən müdafiə sistemi qurmaqda yardım edir. Bu sistem İsraili Kassam, Qrad, Skad və Şahab kimi raketlərdən müdafiə etməlidir.