Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.H.Hacıyev qeyd edib ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycannın Rusiyadakı səfirliyinə verilən ilkin məlumata əsasən, ticarət mərkəzindəki yanğında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.