Bu gün ukraynalı yaralıların olduğu təyyarə Borispol hava limanından Yunanıstana uçacaq.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı deputat, prezidentin sözcüsü Olqa Boqomoleç məlumat verib. O, Yunanıstan dövlətinin nümayəndələrinə və səfirliyinə, həmçinin ciddi xəsarət alan 7 Ukrayna hərbçisini qəbul etməyə hazır olan yunan tibb həmkarlarına təşəkkür edib.Qeyd edək ki, göndərilən əsgərlərdən dördü Ukrayna Milli Qvardiyasının hərbçisidir.