“Madalet Başusta-Buludlara dokunmak” kitabının təqdimatı keçirilib

“Madalet Başusta-Buludlara dokunmak” kitabının təqdimatı keçirilib backend

Türk dünyasının dünyada tanınmış fəal qadınlarından olan Madalet Başusta haqqında “Madalet Başusta-Buludlara dokunmak” kitabının Bakıda təqdimatı keçirilib.

Qaziler.az bildirir ki, Madalet Başusta və ailə üzvlərinin, ölkəmizin dəyərli ziyalılarının, millət vəkillərinin, QHT və KİV rəhbərlərinin, xarici ölkə səfirliklərinin rəsmilərinin də iştirak etdiyi tədbirdə ilk öncə kitabın ön söz yazarı, millət vəkili, siyasi elmlər doktoru, tədbirin təşkilatçısı olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin sədri Q.Paşayeva çıxış edərək kitabın ölkəmizdə təqdimatının həyata keçirilməsinə dəstək verməkdən məmuniyyət duyduğunu deyib.

Ümummilli liderimiz H. Əliyevin dediyi kimi Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və mən Madalet xanım başda olmaqla gələn qonaqlara Vətəninizə xoş gəldiniz demək istəyirəm. Q.Paşayeva özəlliklə gənc qızları kitabı oxumağa çağırıb.” Bu kitabı vücuda gətirən qadını daha yaxşı tanımanızı istəyirəm.

Madelet Başusta kəlimənin tam anlamıyla bir “Cümhuriyyət Qadını”dır. Böyük Atatürkün xəyalındakı Türk kadını… Bu günkü və gələcək nəsillərin örnək alacağı Türk qadını… O, həyatını böyük mücadilələrlə; yuxusuz gecələr bahasına və böyük zəhmətlə, əziyyətlə qazanan bir qadın. O, özünü var edən; yeniden yaradan bir qadındır. I Dünya Savaşından sonra ailəsi, Atatürkün yanında yer alaraq milli mücadiləyə dəstək verib və Türkiyə Cümhuriyyətinin qurulmasında böyük işlər görüblər. Madelet xanım isə, Türk gənclərinə örnək və rol model olacaq biriydi və oldu da…

50 il öncə “qadından pilot olmaz” deyildiyində, o, 13 yaşında pilot olmağı bacarabilən ve göylərə adını yazan bir qadındır. O, yaşadığı dövrdə qızlar üçün xəyal belə edilməyəcək bir yolu seçərək paraşütle atlamada dünya ikincisi olan bir qadındır. O, qadın pilotların da hərbi təyyarələr sürməsinə icazə verilməsi üçün rəsmi şəxslərə müraciət edən və icazə istəyən igit bir qadındır. O, Amerikaya Bostona Fletcherə qədər uzanan təhsil həyatını zirvədə tamamlamış; gənc yaşlarından etibarən iki xarici dili kamil şəkildə öyrənmiş bir qadındır. O, ziyarət üçün getdiyi Almanyada, qısa bir sürə sonra inşaat sektorunda Almanyanın ən böyük inşaat şirkətlərindən birini quran bir qadındır. O Almanyada Bremen Türk Alman qadınlar Birliyini quran, maddi və mənəvi dəstəkləyən və Türk kültürünün Almanyada yayılmasını sağlayan; oraya işçi olaraq gedən savadsız Türklərə sahip çıxan, onların qarşılaşdığı problemlərin çözümündə onlara dəstək olan bir qadındır. O, etdiyi böyük işlərə görə Almaniya prezidenti tərəfindən çox az sayda insana verilən ləyaqət medalına sahibdir. O, Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlarının çoxu tərəfindən, ölkəyə xidmətlərindən dolayı ödülləndirilən bir qadındır. O, 1999 Adapazarı zəlzələsində də ilk günden etibarən xalqın içində olan, Adapazarında qurulan ən böyük çadır şəhərciyinə bir TIR dolusu ilk yardımı çatdıran və acı içindəki insanlara dəstək olaraq onların acılarını dindirməyə çalışan; öz pulu ilə yetim qalan uşaqlar üçün “kimsəsizlər yurdu” açan bir qadındır. O, Türkiyə üçün önəmli xidmətlərin müəllifi, “əsil inkişaf iqtisadiyyatla deyil təhsillə olur” deyərək, çox sayda istedadlı gəncə oxudub onların yaxşı təhsil almasına dəstək olan, bu istiqamətdə müxtəlif layihələr hazırlayan və həyata keçirən bir qadındır. O, Dünya İş Qadınları Dərnəyinin fəxri üzvüdür. O, kəlimənin tam anlamıyla “Türk Qadını”dır. O iman əhli bir qadındır! Allah sevgisi isə onun dilində deyil; daha çox həyatında, davranışlarında, iş əxlaqında, çalışmalarında və əməllərindədir. O, gözəl bir insan, dəyərli bir dost, vazgeçilməz bir həyat yoldaşı, vətənə sevdalı örnək bir qadındır.

Dəyərli dostlar, bu kitabı oxuyun! “Əgər bir qadın özünü necə yetişdirə bilər”, deyə düşünürsünüzsə, mutləq oxuyun! Bu kitabı qızınız üçün hədiyyə alın. Bu kitabın, qızınızın həyatını dəyişdirə biləcəyinə inanın. Bu kitabı hazırlayan, gözəl bir həyat yoldaşı, ziyalı olan Hüseyin Başustaya da təşəkkürlər. Sizə birlikde uzun və sağlıqlı bir ömür diləyirəm”. Tədbirin təşkilatçılarından biri olan Avrasiya Beynəlxalq Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da Madalet Başustanın Türk qadınlar ilə bağlı çalışmalarından danışıb və ona rəhbərlik etdiyi təşkilat adından mükafat təqdim edib.

ATXƏM sədri İlham İsmayıl da çıxış edərək Azərbaycan-Türkiyə münasibətləri və təqdimatı keçirilən kitabla bağlı fikirlərini bildirib və Türk dünyası qadınlarını bütün dünyada yüksək səviyyədə təmsil etdiyi üçün Madalet Başüstaya mükafat, plaket təqdim edib. Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da çıxış edərək Madalet Başustanın fəaliyyəti ilə bağlı danışıblar və rəhbərlik etdikləri təşkilat tərəfindən ona mükafat təqdim ediblər. Bir çox dəyərli ziyalılar, Almaniyanın Azərbaycandakı səfirliyinin rəsmiləri çıxış edərək təbriklərini söyləyiblər.

Madalet Başustanın həyat yoldaşı, uzun illər ərzində kitabı yüksək səviyyədə hazırlayan TRT-nin fəal əməkdaşlarından olmuş, dəyərli ziyalı Hüseyn Başusta çıxış edərək Azərbaycanda kitabın yüksək səviyyədə təqdim olunmasında əməyi keçənlərə təşəkkürünü bildirib və kitabın ilk təqdimatının məhz Azərbaycanda keçirilməsinin onlar üçün böyük anlam daşıdığını deyib. Bir Millət, iki Dövlət anlayışı hər zaman bizim üçün çox anlamlıdır və belə də olacaq deyən Hüseyn Başusta və kitabın rəhrəmanı Madalet Başusta təqdimatı təşkil edənlərə və təqdimat mərasimində iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Tədbirin sonunda bütün iştirakçılara “Madalet Başusta-Buludlara dokunmak” kitabı müəllifin imzası ilə hədiyyyə edilib. Tədbir tanınmış sənətçi Oya Ergünün gözəl konsert proqramı ilə davam edib.
Diaspora