Rusiyada keçirilən bugünkü prezident seçkiləri ilə bağlı iki ekzit-poll nəticəsi açıqlanıb.
Axar.az xəbər verir ki, bir ekzit-pollun (FOM) nəticəsinə görə, Putin seçicilərin 77 faizinin səsini toplayıb. Qrudinin 11,8, Jirinovski isə 5,9 faiz səs verib.Ekzit-poll keçirən digər qurum isə Putinin 73,9, Qrudininin 11,2, Jirinovskinin 6,7 faiz qazandığını açıqlayıb.
***
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda seçici səslərinin 25,03 faizi sayılıb. Sayılan bülletenlərin nəticələrinə görə, hazırkı prezident Vladimir Putin 72,53 faiz səslə liderlik edir.