Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək davam edəcək.
Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.
Səsvermə prosesini dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.
Rusiya prezidenti postu uğrunda 8 namizəd mübarizə aparır.