Atatürkün "İstiqlal” medalı ilə təltif etdiyi Hacı Cabbar Kömək kim olub?

Atatürkün "İstiqlal” medalı  ilə təltif etdiyi Hacı Cabbar Kömək kim olub? backend

Atatürkün "İstiqlal” medalı ilə təltif etdiyi Hacı Cabbar Kömək kim olub?

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sistemləşdirilmiş viki-təlimləri iştirakçıları tərəfindən AXC dövrünün əhəmiyyətli şəxsləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar dəqiqləşdirilir, redaktə edilir və zənginləşdirilir.
Diqqətinizə Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Hacı Cabbar Kömək haqqında yaradılmış məqaləni təqdim edirik.

1869-cu ildə Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Hacı Cabbar Kömək 1919-ci ildə Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi olub.

Hacı Cabbar Osmanlı dövlətinin Çanaqqala zəfərinə, daha sonra Türkiyənin ordu quruculuğuna verdiyi töhfələrə görə, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən "Kömək" ləqəbini alıb. 1925-ci ildə isə bu xidmətlərinə görə "İstiqlal “ medalı ilə təltif olunub.

M.K. Atatürk tərəfindən Ankarada yaşamaq təklif olunsa da, bundan imtina edərək Qarsa köçüb.

O, 1948-ci ildə Qarsda dünyasını dəyişib.

Qaziler.az

Hacı Cabbar Kömək vikipediya link
Diaspora