Prezidentin köməkçisi Əli Həsənov Real TV-yə eksklüziv müsahibə verib
Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələrin təsiri altına düşərək ölkəmiz əleyhinə çıxan savadsız soydaşlarımızla bağlı xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edilib.Bunu Real TV-yə eksklüziv müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Onun sözlərinə görə, rəqib dövlətlər anti Azərbaycan qüvvələrə dəstək olurlar.
“Beynəlxalq aləmdə Azərbaycanın siyasətini tənqid edən opponentlər, Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələr var. Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər”, - deyə Əli Həsənov bildirib.
Müsahibənin tam versiyasına videomaterialda baxa bilərsiniz.