ABŞ Prezidenti Trampın Kanada Baş Naziri Trüdoya ticarət əlaqələri mövzusunda yalan danışdığı ortaya çıxıb.
Moderator.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Kanadanın Baş Naziri Castin Trüdoyla NAFTA görüşləri zamanı yalan danışdığı ortaya çıxıb. Belə ki Tramp ABŞ və Kanada arasında ticarət kəsiri haqqında heç bir sənəd olmamasına baxmayaraq Trüdoya Kanadanın ticarət artığı olduğunu deyib.Xəbərə görə, ABŞ və Kanada arasında azad ticarət danışıqları zamanı Trüdonun iki ölkə arasında ticarət kəsiri olmadığı istiqamətindəki açıqlamasına, Tramp bu barədə bir fikri olmadığını bildirib.