“Vladimir Putinin ABŞ və Avropa Birliyi rəsmiləri ilə son görüşü Rusiya tərəfinin qələbə çaldığının göstəricisidir”.
Axar.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Viktor Baloqa söyləyib.Onun sözlərinə görə, Moskva böhranın həlli ilə bağlı Qərblə razılığa gəlib:
“Moskva Qərblə razılığa gəlib. Ukraynanın fikrini isə heç soruşan da yoxdur. Artıq indi əminliklə deyə bilərəm ki, Moskva öz istəyinə nail olub. Avropa və ABŞ, Merkel və Kerri ruslarla məhz Rusiya ərazisində onların qaydalarına uyğun danışıqlara girib. Ukrayna isə bu məsələni şahmat kimi təsəvvür edərək bizim yetərincə vaxtımızın olduğunu düşünürdü. Lakin həm Moskva, həm də Brüssel bizi mat qoydu. Nəticə etibarilə isə Rusiya, ABŞ və Avropa İttifaqına uyğun olan qərar qəbul olunub. Onlar bizimlə beynəlxalq siyasətin obyekti kimi davrandılar”.