Jurnalist Trampa - “Sizə axmaq dediyi üçün Reksi çıxardınız”? - Video

Jurnalist Trampa - “Sizə axmaq dediyi üçün Reksi çıxardınız”? - Video backend

ABŞ prezidenti Donald Tramp Dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsinin səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Tramp Tillersonla fərqli düşüncədə olduğunu bildirib: "İranla nüvə anlaşması məsələsindəki fikir ayrılığı birgə fəaliyyətə nöqtə qoydu. İranla anlaşma qorxunc qərar idi. Amma Tillerson anlaşmanı tərifləyirdi. Mən deyirdim ki, ya bu qərarı ləğv edək, ya da dəyişək. O isə başqa söz deyirdi. Onun istefası ilə bağlı qərarı təkbaşına verdim. ".

D.Tramp nazir postuna təyin etdiyi Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeoya tam etibar etdiyini bildirib. O, eyni zamanda MKİ postunda gətirəcəyi xanım Cina Haspelə uğurlar diləyib.

Yeni istefa və təyinatlarla bağlı keçirdiyi mətbuat konfransında D.Trampla jurnalist arasında maraqlı sual-cavab olub.

Jurnalist: Tillerson sizə ağılsız dediyi üçün istefaya göndərdiniz?

Tramp: Nə?

Jurnalist: Sizə ağılsız dediyi üçün vəzifəsindən xaric etdiniz?

Tramp: Bir daha təkrar edin.

Jurnalist: Niyə indi?

Tramp:
Onun ağlına hörmətlə yanaşıram. Birlikdə iştirak etdiyimiz prosesə sayqı duyuram. Yaxşı əlaqələrimiz var. Reksə yaxşı şeylər diləyirəm. Etdikləri üçün təşəkkürümü bildirirəm. Amma Pompeo ilə daha yaxşı anlaşıram.

Tillerson Trampın qərarı ilə tvitterdə tanış olduğunu və daha öncə ona istefa barədə heç nə deyilmədiyini qeyd edib.

Qeyd edək ki, Trampla Tillerson arasında bir çox məsələlərlə bağlı ciddi fikir ayrılığı olub. Hətta Tillerson prezidentin ağlına şübhə ilə yanaşdığını bildirib. Tramp isə öz növbəsində ağıllarını yoxlamaq üçün İQ testindən keçməyi təklif etmişdi.

VİDEONU BURADAN İZLƏYİN:


Diaspora