Ərdoğan son durumu açıqladı: "Afrinə çatırıq..."

Ərdoğan son durumu açıqladı: "Afrinə çatırıq..." backend

Afrində irəliləyişimiz davam edir. Bu sabah etirabarı ilə 3195 terrorçu məhv edilib. Afrinə doğru gedirik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Mersindəki konfransında deyib.

Prezident hazırda 850 kilometrlik bir məsafənin qət edildiyini bildirib.

Onun sözlərinə görə, Afrin alındıqdan sonra sahiblərinə veriləcək: "Bizim dərdimiz torpaq almaq deyil, terrorçuları məhv eləməkdir".

Salonda "Rəis, bizi Afrinə apar" şüarlarına Rəcəb Tayyib Ərdoğan belə cavab verib: "Əmr gələndə birinci mən, sonra hamımız bərabər gedəcəyik. Çünki şəhadətə inanırıq".
Diaspora