Prezident Donald Tramp ABŞ-ın idxal etdiyi alüminium və polada yüksək tarif tətbiqi barədə qərarı Avropada ciddi etirazla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, Almaniya kansleri Angela Merkel Trampa Avropa Birliyini (AB) alüminium və polad ixracatına görə nəzərdə tutulan tariflərdən azad etməyə çağırıb."Bu, ticarət müharibəsidir, kimsə bundan qazana bilməz. Yüksək vergilər hər kəsin canını ağrıdacaq", deyə Merkel qeyd edib.
ABŞ Prezidentinin planına müvafiq olaraq polad idxalına 25 faizli, alüminium idxalına 10 faizli tarif tətbiq ediləcək.
Donald Tramp tariflərin yüksəldilməsinə dair bəyanatında deyib: “Mən polad və alüminium idxalına tariflər qoymaqla bu gün ABŞ-ın milli təhlükəsizliyini qoruyuram”.
Avropa Birliyi, Çin, Yaponiya, Türkiyə, Kanada və digər dövlətlər Trampın qərarını sərt tənqid ediblər.