Əsəd rejiminə sadiq qüvvələrlə PKK arasında ölkənin şərqində şiddətli qarşıdurmaların yaşandığı bildirilir.
Bölgə mənbələrindən verilən məlumatlara görə, Rusiya və İranın dəstəklədiyi rejim, ABŞ tərəfindən dəstəklənən PYD/PKK qüvvələri arasında Suriyanın şərqindəki Deyr əz Zor bölgəsində şiddətli qarşıdurmalar yaşanır.Mənbələr, münaqişələrin Deyr əz Zorun şimalında davam etdiyini bildirərkən, hər iki tərəfin də baş verən toqquşmalarda çox sayda itki verdiyini bildirir.
Hər iki tərəf arasındakı qarşıdurmaların dünən baş verdiyini məlumat verən bölgə mənbələri, rejim koalisiyasına bağlı güclərin bölgədəki PKK mövqelərini ələ keçirmək üçün hücuma keçdiyini qeyd edir.
ABŞ-ın dəstəklədiyi PKK qüvvələrinin Hasəkə şəhərindən, Deyr əz Zordakı rejim güclərilə münaqişələrin baş verdiyi bölgələrə əlavə qüvvə daşıdığı da mənbələr tərəfindən bildirilir.
Müxalifət.az