Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, liderlər Şərqi Qutadakı son durumu və ümumilikdə Suriyada baş verən prosesləri dəyərləndiriblər.İki lider Şərqi Qutada atəşkəsin tam olaraq təmin edilməsi üçün Türkiyə, İran və Rusiyanın birgə səylərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.