Fələstinlilər Qüdsdən çıxarılacaq - Knessetin qanunu

Fələstinlilər Qüdsdən çıxarılacaq - Knessetin qanunu backend

İsrail parlamenti (Knesset) Daxili İşlər Nazirliyinə terror təşkilatları ilə bağlılığı sübuta yetirilən Qüdsdə yaşayan fələstinlilərin qeydiyyatını ləğv ermək səlahiyyəti verib.

Teleqraf.com xəbər verir ki, fələstinlilərin əleyhinə yönələn qanun bu gün ikinci və üçüncü oxunuşdan keçərək qəbul edilib.

Qanun layihəsini Knessetə Likud Partiyasının deputatı Amir Ohana təqdim edib.

İsrail Daxili İşlər Nazirliyi Fələstin parlamentinin Qüdsdən olan deputatları Məhəmməd Əbu Teir, Əhməd Attun,ə Məhəmməd Tutah və Qüdsün keçmiş rəhbəri Halid Əbu Arafehi qeydiyyatlarını ləğv etməklə hədələmişdi.

2017-ci ildə 107 fələstinlinin Qüds qeydiyyatı ləğv edilib. 1967-ci ildə İsrailin ələ keçirdiyi Qüdsdə fələstinlilərin sayı 14 min 300 nəfərə enib.
Diaspora