“Azərbaycanın istehsal etdiyi və aldığı silahlar Ermənistanı ciddi narahat edir”

“Azərbaycanın istehsal etdiyi və aldığı silahlar Ermənistanı ciddi narahat edir” backend

Son vaxtlar Ermənistanın təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə təxribatçılıq cəhdlərini artırması müşahidə edilir.

Hansı ki, düşmənin bu cəhdləri ordumuz tərəfindən qətiyyətlə dəf edilməkdədir. Artan təxribatçılıq cəhdlərinin səbəbinə gəlincə, bəzi hərbi-siyasi mütəxəssislər bunu yazın gəlişi fonunda Azərbaycan ordusunun sarsıdıcı hücumlarından ehtiyat edən düşmənin qorxu və narahatlığının göstəricisi kimi şərh edir.

Moderator.az-a açıqlama verən AZDP sədri, politoloq Sülhəddin Əkbər isə bunu erməni tərəfinin hərbi geriliyini anlaması və bunu aradan qaldırmağa cəhd etməsi ilə izah edib:

“Ermənistanın təmas xəttindəki diversiya cəhdləri ilə bağlı xüsusi bir səbəb axtarmağa lüzum yoxdur. Sadəcə, Ermənistan hərbi baxımdan geridə qaldığını anlayır. Bununla bağlı Ermənistan hakimiyyəti daxilində də müəyyən narazılıqların olduğu, kadr dəyişikliklərinin həyata keçirildiyi məlumdur. Azərbaycanın həm özünün istehsal etdiyi, həm də xaricdən aldığı silahlar Ermənistanı ciddi narahat edir. Ermənistan hərbi baxımdan özünü inkişaf etdirməyə cəhd edir. Baş verənlərin kökündə bu dayanır. Odur ki, təmas xəttində yaşananlarla bağlı xüsusi bir səbəb axtarmağa ehtiyac yoxdur”.

Diaspora