Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani aprelin əvvəlində İstanbulda görüşəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.Görüşdə bölgədəki və Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.