Putin Sarkisyanın “qələmini qırdı” – GÖRÜŞDƏN İMTİNA

Putin Sarkisyanın “qələmini qırdı” – GÖRÜŞDƏN İMTİNA backend

Rusiya prezidenti Vladimir Putin Ermənistan başçısı Serj Sarkisyanla görüşdən imtina edib.

Cebhe.info xəbər verir ki, bu barədə xəbər Ermənistan KİV-lərində yayılıb.

Erməni mənbələr iddia edirlər ki, Sarkisyanın qarşıdan gələn seçkilərlə əlaqədar Putinlə görüşmək cəhdi baş tutmur. “Ermənistanda keçiriləcək prezident seçkilərinə az vaxt qalır. Bu seçkilər həmçinin Ermənistanın yeni baş nazirinin kimliyinə də aydınlıq gətirəcək. Məlumdur ki, səlahiyyət müddəti başa çatan Serj Sarkisyan seçkilərdə iştirak edə bilməyəcək. Ən az növbəti 5 il üçün bu postdan məhrum olan prezidentin hədəfi baş nazir olmaqdır. Lakin bu posta gedən yolun Kremldən keçdiyi onun özünə də sirr deyil. Məhz bu səbəbə görə Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putinə minnətçi düşüb. Sonuncu Rusiya səfərindən məyus qayıdan Sarkisyan “qələmi qırılmış” kimi görünür. Hazırda o, ən həyəcanlı günlərini yaşayır. Ehtimal etmək olar ki, Moskva ilə yaxın əlaqələrdə olan Karen Karapetyan baş nazir kimi Putinə uyğun variantdır. Sarkisyan isə Putini bu fikrindən daşındırmağa cəhd edir, lakin bunlar boşa çıxan səylərdir”, – deyə Ermənistan KİV-ləri yazır.

Mənbələr qeyd edirlər ki, Serj Sarkisyan yaxınlaşan seçkilərdən əvvəl sonuncu dəfə Vladimir Putinlə görüşməyin yollarını axtarır:

“Sarkisyan Putinlə görüşməyin yollarını axtarır. Tez-tez Moskvaya zənglər edir, lakin dəstəyi qaldıran da yoxdur. Artıq Rusiyada Serj Sarkisyana Ermənistanın keçmiş prezidenti münasibətini göstərirlər. Ehtimal etmək olar ki, Ermənistanda post-Sarkisyan dönəmi, belə desək, “Qarabağ klanı”nın hakimiyyətdə olmadığı dönəm başlayır”.

Diaspora