Türkiyənin 2 HPD-çi deputatı Əhməd Yıldırımın və İbrahim Ayxanın mandatı ləğv edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) İdarə Heyəti qərar qəbul edib.Belə ki, Yıldırım “Prezidentə təhqir”, Ayxan isə “Terrorizmin təbliğatı” maddələri ilə təqsirli bilinirdi və barələrində məhkəmə qərarları var idi.
Qeyd edək ki, Ə. Yıldırım Muşdan, İ.Ayxan isə Şanlıurfadan deputat seçilmişdi.