Putindən gözlənilməz qərar: "Dayandırın..."

Putindən gözlənilməz qərar: "Dayandırın..." backend

Rusiya Prezidenti Vladimir Putin hər gün saat 09:00 - 14:00 arası Dəməşqin Şərqi Quta ərazisinə göndərilən humanitar yardım üçün hava hücümlarının dayandırılması əmrini verib.

Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putinin göstərişi haqqında danışan Rusiya Müdafiə Naziri Sergey Şoyqu burada vətəndaşların evakuasiyası üçün humanitar dəhliz açılacağını deyib. O, koordinatların hazırlandığını və ən qısa müddətdə açıqlanacağını bildirib.

Qeyd edək ki, BMT Suriyada 1 ay ərzində qüvvədə olacaq atəşkəs elan edilməsini nəzərdə tutan 2401 saylı qətnamə qəbul etmişdi.

Suriyanın paytaxtı Dəməşqin şərqində yerləşən Şərqi Quta 2012-ci ildən bəri silahlı müxalif təşkilatların nəzarəti altında keçib.
Diaspora