Rusiyadan NATO-ya məsləhət: Belə etmə...

Rusiyadan NATO-ya məsləhət: Belə etmə... backend

NATO-ya Moskvaya Orta Mənzilli Nüvə Müqaviləsinin pozulması ilə bağlı əsassız ittihamlar səsləndirməkdən çəkinməyi tövsiyə edirik.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Əgər NATO-nun strukturları Vaşinqtonun nüvə müqaviləsinə zidd hərəkətləri haqqında obyektiv dəyərləndirmə aparmağa hazır deyilsə, ittifaqın əsassız bəyanatlarından çəkinməsi daha uyğundur", - XİN qeyd edib.

Qeyd edək ki, sözügedən müqavilə 1987-ci ildə ABŞ ilə Rusiya arasında Mixail Qorbaçov və Ronald Reyqan tərəfindən imzalanıb.
Diaspora