Yunanlara xəbərdarlıq: Türkiyəyə gücünüz çatmaz...

Yunanlara xəbərdarlıq: Türkiyəyə gücünüz çatmaz... backend

Rumıniyanın ana müxalifət partiyası – AKEL-in rəhbəri Andros Kiprianu Aralıq dənizində faydalı yataqlara görə yaranan gərginlikdən dolayı Kipr Respublikasının prezidenti Nikos Anastasiadisə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Kiprianu Kipr problemi həllini tapmadan faydalı yataqlardan istifadənin mümkünsüz olduğunu bildirib.

“Əgər Türkiyəyə siyasi bədəl ödətdirməyi düşünürüksə, yanılırıq. Bu, regionda arzuolunmaz nəticələrə gətirib çıxara bilər”, - müxalifət lideri qeyd edib.

Xatırladaq ki, Kiprin yunan hökuməti Aralıq dənizində təktərəfli neft-qaz axtarışlarının aparılacağını iddia edir.

Şimali Kipr Türk Respublikası və Türkiyə hökuməti isə buna kəskin etiraz edir.
Diaspora