Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinə məktub göndəriblər.
Axar.az xəbər verir ki, Merkel və Makronun ortaq məktubunda Putindən Şərqi Qutaya humanitar yardımların çatdırılması üçün 30 günlük atəşkəs çağırışını dəstəklənməsi istənilib.Qeyd edilib ki, Makron və Merkel məsələ ilə bağlı Putinlə telefon danışığı aparmağı nəzərdə tutur.