Rusiya Federasiyasındakı amerikalı diplomatlara Rusiyada keçiriləcək prezident seçkilərini izləmək üçün icazə verilməyəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov “İnterfaks”a müsahibəsində deyib.“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda çalışan ABŞ vətəndaşları əlbəttə ki, Rusiya Federasiyasının prezident seçkilərində bütün müvafiq funksiyaları yerinə yetirə biləcəklər. ABŞ diplomatları isə bundan məhrum olacaq. Çünki 2016-cı ildə ABŞ-da keçiirlən prezident seçkilərində Rusiya diplomatlarına qarşı eyni cür davranılmışdı”, - Ryabkov bildirib.