Azərbaycanın Xocalı şəhərində törədilən qırğının 26-cı ildönümü münasibətilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi 1992-ci il cinayətində həyatını itirmiş hər kəsin xatirəsini yad edib.
Bu barədə AzVision.az-a İƏT-in mətbuat xidmətindən məlumat verilib.Baş katib vurğulayıb ki, Xocalı hadisəsi Ermənistan tərəfindən Azərbaycan ərazisinin qeyri-qanuni işğalının nəticəsidir. O, işğal olunan Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və genosid kimi qiymətləndirən İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilən qətnamələrə və İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommunikesinə istinad edib.
Daha sonra baş katib Azərbaycan Respublikasının, ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini bir daha vurğulayıb.