ABŞ-a məxsus helikopterlər Suriyanın Haseke şəhərindəki həbsxanadan İŞİD üzvlərini qaçırıb.
Axar.az Sputnik-ə istinadən xəbər verir ki, Suriyanın şimal-şərqində yerləşən Haseke şəhərindən olan adının açıqlanmasını istəməyən bir mənbə ABŞ helikopterlərinin kürdlərin nəzarətindəki zindandan İŞİD-çiləri qaçırtmaq üçün həbsxananın meydançasına endiklərini gördüyünü söyləyib.Həmçinin amerikalıların sözügedən həbsxanada baza qurmaq istədikləri və bu səbəbdən dolayı müxtəlif yerlərdən ora silah-sursat daşıdıqları bildirilib.
">