Moskvada yaşayan, Azərbaycanla yanaşı qardaş Türkiyənin maraqlarını Rusiya kanallarında müdafiə edən jurnalist Fuad Abbasov ermənilərin ciddi təzyiqlərinə məruz qalmaqdadır.
Musavat.com xəbər verir ki, hazırda Fuad Abbasov yaşadığı mənzili itirmək təhlükəsi ilə üz-üzə qalıb. İşsiz qalan jurnalist götürdüyü ipoteka kreditini ödəyə bilmədiyi üçün Moskva məhkəməsi onun mənzilini boşaltması barədə qərar çıxarıb. Fuad Abbasovun anti-erməni çıxışlarının da əlehinə işlədiyi açıq-aşkar müşahidə edilir.Hazırda Fuad Abbasova dəstək verən Rusiyanın tanınmış vəkili Elman Paşayev problemin aradan qaldırılması üçün məsələyə müdaxilə etməyə çalışır.
Qeyd edək ki, Fuad Abbasov ailəlidir və iki azyaşlı övladı var. 1997- ci ildən Türkiyənin İxlas Xəbər Agentliyinə çalışmış, Fuad Abbasov 2016-ci ildə Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" siyasi tok-şousunda ermənipərəst rusiyalı politoloqların və erməni ekspertlərin Qarabağla bağlı yalanlarına layiqli şəkildə cavab verib və bundan sonra işindən uzaqlaşdırılıb.
Xatırladaq ki, erməni yalanlarını sistemli şəkildə ifşa edən rusaiyalı tarixçı Oleq Kuznersovun da ermənilər tərəfindən qaldırılmış məhkəmə iddialarından qurtulmasında da vəkil Elman Paşayev böyük səy göstərmiş və problemi aradan qaldırmışdı.