GUAM təşkilatının baş katibi Valeri Çeçelaşvili gələn həftə Azərbaycana səfər edəcək.
Bu barədə Report-a GUAM-ın mətbuat xidmətindən məlumat verilib.Baş katibin səfəri onun 18-19 may tarixində Bakıda keçiriləcək Üçüncü Ümümdünya mədəniyyətlərarası dialoq forumunda iştirakı ilə bağlıdır.
Tədbirin əsas mövzusu "2015-ci ildən sonra gündəlikdə duran mədəniyyət və dayanıqlı inkişaf" mövzusu olacaq.
Forum Azərbaycan Prezidentinin himayəsi altında, YUNESKO, BMT-nin sivilizasiyalar alyansı, BMT-nin Ümumdünya turizm təşkilatı, Avropa şurası və İSESKO ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.