Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Sədi Cəfərovla Ermənistan Prezidenti Serj Sərkisyan arasında insident yaşanıb.
Axar.az Haqqin.az-a istinadən xəbər verir ki, Sərkisyan çıxış etdikdən sonra Azərbaycan diplomatı ona müraciət edərək Ermənistanın Qarabağda etnik təmizləmə apardığını, Azərbaycan torpaqlarını işğal etdiyini bildirib. Cəfərovun bu çıxışını panelin moderatoru kəsməyə çalışsa da, azərbaycanlı diplomat sözlərinə davam edib. Sərkisyan isə daha sonra birbaşa cavabdan qaçaraq, öz ölkəsinin iqtisadi inkişafından danışmağa başlayıb.Maraqlı məqam isə Sərkisyanın çıxışından sonra yaşanıb. Konfrans zalını tərk edərkən Sərkisyan Cəfərova yaxınlaşaraq, ona Azərbaycan dilində “Haralısan?” sualını verib. Cəfərov ona Qarabağdan olduğunu deyib və daha sonra Sərkisyan zalı tərk edib.