Hollandiya parlamentinin aşağı palatası dünən “erməni soyqırımı”nı tanıyıb. Türkiyə araşdırmaçıları isə Hollandiyanın tarix boyu törətdiyi cinayət faktlarını ortaya çıxarıb.
Teleqraf.com faktları təqdim edir.1740-cı ildə Hollandiya əsgərləri bugünki Cakartada yerləşən Bataviada 10-12 gün ərzində 10.000-dən çox yerli çinlini qətlə yetirib.
17-ci əsrdə Avropada kölə ticarətinin mərkəzinə çevrilən Amsterdam və bütün Hollandiyada adambaşına 200 kölə düşürdü.
1615-ci ildə ilk dəfə Hollandiya koloniyası olan Şimali Amerikada Fort-Nassauda qurulur. 1640-ci ildən etibarən hollandlar burada çoxaldıqca yerli əhalini, yəni qızıldərililəri qətlə yetirməyə başlayırlar.
Uşaqları analarının qucağından alıb parçalayır, bəzilərini oda, bəzilərini isə çaya atdılar.
1947-ci il dekabrın 9-da Hollandiya Java adasında yerləşən Ravagede kəndində silahsız 430 günahsız insanı qətlə yetirir.
1995-ci ildə Srebrenitsa şəhərində yerləşən Hollandiya sülhməramlı qüvvələrinin 1 gecənin içində şəhəri tərk etməsi nəticəsində 5 gun ərzində 8.372 müsəlman qətlə yetirilir.
Soyqırımı həyata keçirən serb generalı Ratko Mladiçin Hollandiya sülhməramlı qüvvələrinin komandiri Tom Karremansa hədiyyələr verir...