Düşüncə fərqlərinə baxmayaraq, Rusiya Avropada böyük qonşumuz olaraq qalır.
Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriel Rusiya Xarici İşlər naziri Sergey Lavrovla birlikdə iştirak etdiyi tədbirdə çıxışı zamanı deyib.“Yalnız Rusiya ilə birlikdə qitədə sülh və sabitliyi təmin edə bilərik”, - Qabriel bildirib.
Qeyd edək ki, Rusiyanın Qərblə münasibətləri Krımın ilhaq edilməsindən sonra kəskin şəkildə pisləşib.