ABŞ-ın Ədliyyə Nazirliyi bəyanat yayaraq, 13 rusiyalını 2016-cı il prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb.
Axar.az xəbər verir ki, yayımlanan mətndə Yevgeni Priqojin, Mixail Burçik (Mixail Abramov), Aleksandra Krılova, Anna Boqaçeva, Sergey Polozov, Mariya Bovda (Mariya Belyayeva), Robert Bovda, Ceyhun Nəsimi oğlu Aslanov (və ya Cey Aslanov), Vadim Podkopayev, Qleb Vasilçenko, İrina Kaverzina və Vladimir Venkovun adları qeyd edilib.Həmçinin İnternet Araşdırmaları Mərkəzi, Konkord Menecment və Konkord Katerinq kimi şirkətlərin adları da nazirliyin ittihamnaməsində çəkilib.
Sənəddə eyni zamana qeyd edilib ki, bu işə görə Vaşinqtonda Federal Ali Məclis yaradılıb.
Qeyd edək ki, təqsirləndirilənlər arasında olan Yevgeni Priqojin Prezident Putinin “aşpaz”ı kimi tanınır.
Adıçəkilən İnternet Araşdırmaları Mərkəzi” isə saxta sosial media hesabları ilə ABŞ-a qarşı informasiya savaşı aparmaqda günahlandırılır.