Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü 3 saat 15 dəqiqə davam edib.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Türkiyə mətbuatının məlumatına görə, görüşün əsas müzakirə mövzuları ABŞ-ın Suriyada PYD və PKK-a dəstəyi, ikitərəfli münasibətlər, həmçinin beynəlxalq gündəm olub.Fevralın 16-da Tillersonla Çavuşoğlu arasında da təkbətək görüş olacaq. Görüş başa çatdıqdan sonra diplomatiya rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.
**
21:56
Anakarada səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, Bakı vaxtı ilə saat 20.40-da başlayan görüş jurnalistlər üçün qapalı olub.
Reks Tillersonun həmçinin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulub.
***19:14
ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib.
Virtualaz.org xatırladır ki, R. Tillersonun Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulub.
Görüşlərdə Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranmış problemlər müzakirə olunacaq.
Onu da qeyd edək ki, regiona səfəri çərçivəsində R.Tillerson həmçinin İordaniya, Livan, Misir və Küveytə səfər edəcək.