Türkiyədən Almaniyaya: Hər şey geridə qaldı...

Türkiyədən Almaniyaya: Hər şey geridə qaldı... backend

Türkiyə Baş naziri Binəli Yıldırımla Almaniya kansleri Angela Merkel arasında görüş başlayıb.

Axar.az xəbər verir ki, görüşdən əvvəl tərəflər jurnalistlər qarşısında əl sıxışıblar.

Məlumata görə, müzakirələrdən sonra hər iki dövlət rəsmisi media nümayəndələrinin suallarını cavablayacaq.

Qeyd edək ki, B. Yıldırım Almaniyada işgüzar səfərdədir.

***

Ölkə idarəçiləri olaraq bir-birimizə yetərincə vaxt ayıra bilmədik.

Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım alman kansleri Angella Merkellə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bütün bunlar geridə qaldı. Yeni bir dönəmdəyik. Həm Türkiyə, həm də Almaniya ikitərəfli əlaqələri dəyərləndirmək fürsəti tapdı. FETÖ-çuların hüquq müstəvisində cəzalandırılması davam edir. Türkiyə öz sərhədi ilə yanaşı, NATO sərhədini də qoruyur”, - baş nazir bildirib.

Merkel də həmçinin qeyd edib ki, kansler olaraq 15 iyul qiyamını bir daha qınayıb.

“Əlaqələrdə etibar duyğusu olmalıdır. Dəniz Yücəl məsələsi olduqca önəmlidir. 3 milyon türk Almaniyada yaşayır və körpü rolunu oynayır. Bu səbəbdən bir-birimizə etibar edərək əlaqələri inkişaf etdirməkdə qərarlıyıq”, - deyə kansler vurğulayıb.
Diaspora