ABŞ dövlət katibi Reks Tillerson Türkiyənin paytaxtı Ankaraya gəlib.
Axar.az xəbər verir ki, ABŞ rəsmisinin prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilib.Məlumata görə, səfərin əsas məqsədi “Zeytun budağı” əməliyyatı və ABŞ-ın YPG-yə dəstəyi ilə bağlı müzakirələr aparmaqdır.
Bundan əlavə, Dövlət Departamentindən Türkiyə media orqanlarına verilən gizli məlumata görə, Tillerson Ərdoğandan “Zeytun budağı” əməliyyatını məhdudlaşdırılmasını istəyəcək.