İsraillə İran arasında açıq MÜHARİBƏ BAŞLADI – İSRAİL MƏTBUATI

İsraillə İran arasında açıq MÜHARİBƏ BAŞLADI – İSRAİL MƏTBUATI backend

İsraildə nəşr edən “Jerusalem Post” qəzeti, İsrailin Suriyadakı İran nüsürlərinin vurması və Əsəd rejiminin də İsrail təyyarəsini salması hadisəsindən sonra İsrail ilə İran arasında açıq bir müharibənin başladığını yazdı.

Qəzetdə Yaakov Katzın imzası ilə dərc olunan təhlil yazısında, Suriyada "kölgə müharibənin" davam etdiyi və "İndiyə qədər bu müharibə örtülü qapaqla aparılıb. Müharibənin bəzi detalları ictimaiyyət tərəfindən bilinsə də, böyük qismi sirr olaraq qalmaqda davam edir" deyə, dəyərləndirmə yer alıb.

İRAN İLƏ İSRAİL ARASINDA BİRBAŞA MÜHARİBƏNİN BAŞLANĞICI

Yaakov Katz, yazısına belə davam edib:
“Şənbə günü baş verən hadisə, İran və İsrail arasında birbaşa müharibənin başlanğıcıdır. İsrail üzərindəki İHA-nın düşürülməsi, İsrailə aid F-16 təyyarəsinin vurulması və nəticədə İsrailin Suriya və İrana qarşılıq olaraq cəzalandırıcı hücumları, İranın yeni Suriyadakı gücünü artırması müqabilində bölgədə baş verəcək daha geniş bir münaqişənin yalnız giriş səhnələridir. İranın şənbə günü olanlardan dərs alıb, almadığını öyrənmək üçün hələ çox tezdir. Bir tərəfdən İran İsrailə İHA göndərməyi bacardı. Hər nə qədər yolu kəsilmiş olsa da. müttəfiqi Suriya isə İsrailin təyyarəsini vuraraq salmağı bacardı. Amma digər tərəfdən, İsrail, 1982-ci ildə Suriyanın hava müdafiə sistemlərini tamamilə məhv etdiyindən bəri, ölkədəki ən əhatəli bombardmanını həyata keçirib.

İSRAİLİN CAVAB TƏDBİRLƏRİ

İsrailin qarşılıq olaraq verdiyi cəzalandırıcı tədbirlər iki məqama görə əhəmiyyət daşıyırdı: F-16-nı vurmaq üçün istifadə edilən Suriya güclərini təsirsiz hala gətirməsi və İHA-nı idarə edən nəzarət mərkəzini bombalayaraq İrana bir hesab verməsi lazım idi. Bəs İsrail bununla çəkindirici ola bildimi? Bu sualın cavabı İranın növbəti həmləsi ilə bəlli olacaq. İran, Suriyadakı varlığını gücləndirməyə davam edəcək mi? Ya da sonrakı günlərdə İsrailin suverenliyini yenidən pozacaqmı”?

Müxalifət.az

Diaspora