İsrail təyyarəsinin vurulmasına necə qarşılıq verəcək?

İsrail təyyarəsinin vurulmasına necə qarşılıq verəcək? backend

Suriya ordusu İsrail təyyarəsini vuraraq Təl-Əvivə bir seçki keçirmək şansı yaratdı.

Təl-Əviv ya Suriya siyasətini dəyişdirəcək, ya da Rusiya ilə hərbi toqquşmaya gedəcək. Bunlara təkan verən olay isə Suriya ərazisindən istifadə edən İranın pilotsuz aparatının İsrail sərhədini keçməsi və daha sonra İsrailin hərbi təyyarələri tərəfindən vurulması oldu. İsrail qırıcıları daha da irəli gedərək Suriyanın hava məkanına daxil oldu, ancaq Suriya ordusu tərəfindən F-16 vuruldu. Təyyarə İsrail sərhədinə düşdü.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Maliyyə Universitetinin Siyasi Elmlər üzrə dosenti Gevorq Mirzayanın məqaləsində bildirilib.

"Baş verənlər Təl-Əviv üçün Suriyada İrana qarşı daha sərt və təsirli mübarizə aparmaq ehtiyacı doğurur. Nəzəri olaraq, İsrail rəhbərliyi Suriyanı terrorçulardan təmizləmək üçün əsgər göndərmək barədə təlimat verə bilər, ancaq praktiki cəhətdən bu, real deyil. Təl-Əvivin bunun üçün yetərli imkanları və gücü ola bilər, ancaq Suriyanın cənubunu aldıqdan sonra nə edəcək? Təl-Əvivin gələcəkdə yarana biləcək bufer zonalarını idarə etməsi üçün şəraiti yoxdur. Həmçinin belə bir vəziyyət İsrail ilə Rusiya ordusu arasında labüd bir toqquşma ehtimalı yaradır", - Mirzayan söyləyib.

Diaspora