Fransa Prezidenti Emmanuel Makron islamı yenidən təşkil etmək istəyir.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Makron “Le Journal du Dimanche” jurnalına müsahibəsində deyib.“Biz islamın Fransada strukturlaşması üzərində çalışırıq. Bunun necə izah ediləcəyi üzərində işləyirik, çünki bu vacibdir. Mənim məqsədim sekulyarizm konsepsiyasının əsasında yatan qayə olan inanmaq və ya inanmamaq imkanlarını yenidən açmaqdır. Bununla da milli birliyi və şuur azadlığını qorumağa çalışıram”, – deyə o bildirib.