“İsgəndər”lərin Kalininqrad vilayətinə yerləşdirilməsi qeyri-stabillik yaradan addımdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conni Maykl söyləyib. Onun sözlərinə görə, bu raketin NATO müttəfiqlərinə yaxın məsafədə yerləşdirilməsi təəssüf hissi doğurur:“Bu addım Rusiya ilə ABŞ arasındakı razılaşmaları pozmur, amma Moskva və qonşuları arasında gərginliyin artmasına şərait yaradır. Pentaqon bundan sonra da Rusiyanın bu kimi addımlarına reaksiya verəcək”.