ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) zabitlər qrupu Ukrayna ordusunun hücuma hazırlığını yoxlamaq üçün Donbasa gəlib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “operativ komandanlığının başçısı” Eduard Basurin bildirib.Onun sözlərinə görə, amerikalı zabitləri Ukrayna Baş qərargahının nümayəndələri müşayiət edirlər.
Bir gün əvvəl əlaqə qrupunda “DXR”in səlahiyyətli nümayəndəsi Denis Puşilin bildirib ki, Ukrayna hərbi qulluqçuları neytral zonada yerləşən yaşayış məntəqələri tutmağa davam edirlər. O, bunun Minsk razılaşmalarına zidd olduğunu deyib.
“DXR” bir neçə dəfə bildiriblər ki, Ukrayna ordusunun tərəfində xarici muzdlular vuruşurlar və NATO ölkələrindən olan təlmatçılar Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərini əlaqələndirirlər.
“DXR”in “operativ komandanlığı”nın məlumatına görə, Donbasda 60-dan çox Polşa və Litva snayperi, həmçinin artilleriya və minaatanların tuşlayıcıları yerləşdirilib. Həmçinin qeyd edilib ki, Ukrayna hərbçilərinə ABŞ, Kanada, Türkiyə, Əlcəzair, Litva, Latviya və Böyük Britaniyadan olan 129 təlimatçı təlim keçir.