Çavuşoğlu: “Türkiyə-ABŞ sövdələşməsi gecikir”

Çavuşoğlu: “Türkiyə-ABŞ sövdələşməsi gecikir” backend

“Müxalif Azad Suriya Ordusunun döyüşçülərinə təlim keçirilməsi ilə bağlı Türkiyə-ABŞ proqramının reallaşdırılması texniki səbəblər ucbatından gecikir”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib. Onun sözlərinə görə, bu məsələdə ABŞ-la Türkiyə arasında heç bir fikir ayrılığı yaşanmayıb.

Qeyd edək ki, bir müddət öncə Türkiyə və ABŞ İŞİD və Əsəd rejimi ilə mübarizə üçün Azad Suriya Ordusuna təlim keçiriləcəyini bildirmişdilər. Proqram 2 min döyüşçüyə şamil edilmişdi. Döyüşçülərə silahların verilməsini ABŞ həyata keçirəcəkdi. Türkiyə ilə yanaşı bu işdə Qətər və Səudiyyə Ərəbistanı da aktiv fəaliyyət göstərəcəkdi.
Diaspora